Avstriya millisinin futbolçusu Marsel Sabitser Almaniyanın "Bavariya" klubundan ayrıla bilər.
Sportnet.az "Sport1.de" nəşrinə istinadən xəbər verir ki, Münhen təmsilçisinin rəhbərliyi 28 yaşlı yarımmüdafiəçi ilə vidalaşmaq istəyir.
Ölkə çempionu Sabitserin satışından 25 milyon avro qazanmaq niyyətindədir.
Qeyd edək ki, Marsel Sabitser ötən ilin avqustunda "Bavariya"ya keçib. O, Bundesliqada 23 oyunda iştirak edib və 1 qol vurub.