
Futbol üzrə Belçika Kubokunun qalibi müəyyənləşib.
Sportnet.az-ın məlumatına görə, finalda "Anderlext"i məğlub edən "Gent" 12 ildən sonra titula sahib çıxıb.
Brüsseldəki həlledici qarşılaşmanın əsas və əlavə vaxtı qolsuz heç-heçə ilə başa çatıb. Penaltilər seriyasında daha dəqiq oynayan (4:3) Gent şəhərinin eyniadlı təmsilçisi kuboku qazanıb.
Qeyd edək ki, "Gent" bundan əvvəl 3 dəfə ölkə kubokunda qalib gəlib. Komanda sonuncu dəfə 2009/2010 mövsümündə titulu əldə edib.