
Braziliyalı əfsanəvi futbolçu Pele yenidən xəstəxanaya yerləşdirilib.
Sportnet.az ESPN-ə istinadən xəbər verir ki, 82 yaşlı veteran hücumçu əvvəllər kimyaterapiya kursu keçdiyi San-Pauludakı "Albert Eynşteyn" klinikasındadır.
Həkimlərin nəzarəti altında olan üçqat dünya çempionunun həyatı üçün təhlükə olmadığı bildirilib.
Qeyd edək ki, Pele ötən ilin sentyabrında yoğun bağırsağındakı şişlə əlaqədar əməliyyat edilib.