Xəstəxanaya yerləşdirilən braziliyalı əfsanəvi futbolçu Pelenin son durumu bəlli olub.
Sportnet.az "Ge.globo" nəşrinə istinadən xəbər verir ki, 82 yaşlı keçmiş hücumçunun vəziyyəti stabildir.
Pelenin bir neçə gün ərzində evə buraxılacağı gözlənilir.
Qeyd edək ki, 3 qat dünya çempionu ötən ilin sentyabrında yoğun bağırsağındakı şişlə əlaqədar əməliyyat edilib. O, müalicəsini davam etdirmək üçün ötən gün xəstəxanaya yerləşdirilib.