
AFFA İntizam Komitəsi U-17 liqasında çıxış edən "Səbail" komandasının rəsmisi Mirbağır İsayevin 10 oyunluq stadiona girişinə qadağa qoyub.
Sportnet.az-ın məlumatına görə, buna 48 yaşlı mütəxəssisin "Keşlə" ilə oyunda assosiasiya rəsmilərini təhqir etməsi səbəb olub.
"Dənizçilər"in inzibatçısı Yaşar Qasımov isə hakimləri təhqir etdiyi üçün 5 oyunluq cəza ilə üzləşib.