İngiltərənin "Mançester Yunayted" komandasının futbolçusu Pol Poqba mövsümü erkən başa vurub.
Sportnet.az-ın məlumatına görə, bu barədə "qırmızı-şeytanlar"ın müvəqqəti baş məşqçisi Ralf Ranqnik açıqlama verib.
O, 29 yaşlı yarımmüdafiəçinin cari mövsüm meydana çıxa bilməyəcəyini söyləyib.
Qeyd edək ki, Pol Poqba "Liverpul"a 0:4 hesabı ilə uduzduqları Premyer Liqanın XXX turundan təxirə salınmış matçda zədələnib. Fransalı oyunçu cari mövsüm 27 görüşə çıxıb, 1 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla müqaviləsi mövsümün sonunda başa çatacaq.