
UEFA Avropa Liqasında yarımfinal mərhələsinə start verilib.
Sportnet.az-ın məlumatına görə, turnirin favoritlərindən Almaniya "Leyptsiq"i evdə Şotlandiya "Reyncers"ini qəbul edib. "Red Bull Arena"dakı görüşün taleyini 1 qol həll edib. 85-ci dəqiqədə fərqlənən Anxelinyo meydan sahiblərinə qələbə qazandırıb.
Gecənin digər qarşılaşmasında İngiltərə "Vest Hem"i eyniadlı stadionda Almaniya "Ayntraxt"ını sınağa çəkib. Oyun qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb. İlk qolu 1-ci dəqiqədə Frankfurt təmsilçisindən Ansqar Knauff vurub. 21-ci dəqiqədə meydan sahiblərindən Maykl Antonio hesabı bərabərləşdirib. Son nöqtəni isə 54-cü dəqiqədə "Ayntraxt"dan Daiti Kamada qoyub.
UEFA Avropa Liqası, yarımfinal
İlk oyunlar
28 aprel
23:00. "Leyptsiq" (Almaniya) - "Reyncers" (Şotlandiya) - 1:0
Qol: Anxelinyo, 85
Baş hakim: Benua Bastyen (Fransa)
Leyptsiq, "Red Bull Arena"
23:00. "Vest Hem" (İngiltərə) - "Ayntraxt" (Almaniya) - 1:2
Qollar: Maykl Antonio, 21 - Ansqar Knauff, 1. Daiti Kamada, 54
Baş hakim: Sərdar Gözüböyük (Niderland)
London, "Vest Hem" stadionu
Qeyd edək ki, yarımfinal mərhələsinin cavab görüşləri mayın 5-də oynanılacaq.
-----------------------------------------
Bu gün UEFA Avropa Liqasında yarımfinal mərhələsinə start veriləcək.
Sportnet.az-ın məlumatına görə, bu raundun hər iki oyunu eyni gündə keçiriləcək və Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Turnirin favoritlərindən Almaniya "Leyptsiq"i evdə Şotlandiya "Reyncers"ini qəbul edəcək. "Red Bull Arena"dakı matçın baş hakimi fransalı Benua Bastyen olacaq.
Meydan sahiblərindən Məhəmməd Simakan, Villi Orban və Kevin Kampl cəzalı olduqları üçün görüşü buraxacaqlar. Qonaqların heyətində isə itki yoxdur.
Gecənin digər qarşılaşmasında İngiltərə "Vest Hem"i eyniadlı stadionda Almaniya "Ayntraxt"ını sınağa çəkəcək. Matçı Niderlanddan olan FIFA referisi Sərdar Gözüböyük idarə edəcək.
Frankfurt təmsilçisində 2 futbolçu cəza səbəbindən meydana çıxa bilməyəcək. Müdafiəçi Evan N Dika və yarımmüdafiəçi Kristian Yakiç oyunda iştirak etməyəcəklər.