"Neftçi"nin baş məşqçisi AFFA İcraiyyə Komitəsinin qərarlarına münasibə bildirib.
Sportnet.az-ın məlumatına görə, 44 yaşlı mütəxəssis qərarlarla tam tanış olmadığını söyləyib.
O, hər zaman limitə qarşı olduğunu söyləyib: "O vaxt da fikirləşirdim ki, bu, inkişafa mane olur. Həmin ərəfədə 2-3 jurnalisti çıxmaq şərti ilə, heç kim mənim fikrimlə razılaşmadı. Əməlli-başlı təzyiq oldu. İndi isə "Niyə limit ləğv olunmur" sualı verilir. Bu suallardan, qərarlardan danışası deyiləm. Bir dəfə fikir bildirdim, hamının patriotluğunu gördüm".