Azərbaycan millisinin və "Dinamo" (Zaqreb) klubunun futbolçusu Mahir Emrelinin "Lokomotiva"ya qarşı Xorvatiya I Liqasının XXXIII tur matçında meydana çıxması sual altındadır.
Sportnet.az-ın məlumatına görə, bu barədə Zaqreb təmsilçisinin baş məşqçisi Ante Çaçiç oyundan öncə keçirilmiş mətbuat konfransında açıqlama verib.
69 yaşlı mütəxəssis digər zədəlilərin durumunun yaxşı olduğunu bildirib: "Son məşqdən sonra kimlərin start heyətində olacağı dəqiqləşəcək. Uşaqlar çalışırlar. Bu. fərqli oyn olacaq. Rəqib meydana yüksək motivasiya ilə çıxacaq".
Bu gün keçiriləcək "Lokomotiva" - "Dinamo" oyunu Bakı vaxtı ilə saat 21:05-də başlayacaq.
Qeyd edək ki, Mahir Emreli "Qoritsa"ya 1:0 hesabı ilə qalib gəldikləri XXXII tur oyununda çiynindən zədələnib.