
Azərbaycan Premyer Liqasında XXVI turun “Qəbələ” - “Neftçi” görüşü yubileylə əlamətdar olacaq.
Sportnet.az klubun saytına istinadən xəbər verir ki, Qəbələ şəhər stadionunda keçiriləcək matç iki komanda arasında 60-cı duel olacaq.
Rəqiblər indiyədək 59 dəfə görüşüb. Hesabında 17 qələbə olan “Qəbələ” 16 heç-heçə edib və 26 dəfə məğlub olub. Rəqib qapısına 72 top vuran futbolçular 87 qol buraxıb.
Bu görüş Premyer Liqa çərçivəsində 55-ci qarşılaşma olacaq. Əvvəlki 54 qarşılaşmada 16 qələbəsi olan komanda 13 dəfə bir xalla kifayətlənib və 25 dəfə uduzub. Rəqib qapısına 65 dəfə yol tapan “qırmızı-qaralar” 82 top buraxıb.
“Qəbələ” “Neftçi” ilə 30-cu dəfə öz meydanında qarşılaşacaq. İndiyədək keçirilən 29 matçda komanda 8 dəfə qalib gəlib, 7 heç-heçə edib və 14 dəfə uduzub. Bu matçlarda meydan sahibləri 38, qonaqlar 43 qol vurub.
Qeyd edək ki, mayın 9-da Qəbələ şəhər stadionunda keçiriləcək matç saat 19:45-də başlayacaq.