
Futbol üzrə Türkiyə Kubokunda digər finalçı müəyyənləşib.
Sportnet.az-ın məlumatına görə, yarımfinal mərhələsinin cavab oyununda evdə "Alanyaspor"la 1:1 hesablı heç-heçə edən "Sivasspor" həlledici qarşılaşmada "Kayserispor"a rəqib olub.
Hesabı 78-ci dəqiqədə qonaqlardan Famara Dyedu açıb. Cəmi 10 dəqiqə sonra meydan sahibləri Hakan Arslanın qolu ilə tarazlığı bərpa ediblər. Alanyadakı ilk qarşılaşmada 2:1 hesablı qələbə qazanan Sivas təmsilçisi iki görüşün nəticəsinə (3:2) əsasən, adını finala yazdırıb.
Qeyd edək ki, Türkiyə Kubokunda final matçı mayın 26-da keçiriləcək.