17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Gürcüstanda təşkil edilən UEFA İnkişaf turnirində ilk oyununu keçirib.
Sportnet.az xəbər verir ki, Zambiyanın müvafiq yaş qrupundan ibarət kollektivi ilə qarşılaşan yığma 1:3 hesabı ilə məğlub olub. Komandanın heyətində yeganə qolu 28-ci dəqiqədə Musa Məmmədov vurub.
U-17-nin növbəti oyunu mayın 16-da gürcüstanlı həmyaşıdlarına qarşı olacaq.