1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Ruslan Abışov: "Simurq" mərhələ keçməyə layiq deyildi"
"Bu gün qələbə qazanmalı idik. Ani diqqətsizlik ucbatından qapımızda qol gördük. Artıq bu oyunu unutduq". Sportnet.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında "Qəbələ"nin futbolçusu Ruslan Abışov deyib.
"İnter" üzərində 2:1 hesablı qələbədən sonra fikirlərini bildirən yarımmdüfiəçi bunları bildirib "Bu oyuna yaxşı köklənmişdik. Bilirdik ki, onlara müdafiədən oyuna başlamağa icazə vermək olmaz. Hər oyuna qələbə əzmi ilə çıxırıq və yalnız bunu fikiləşirik. Qarşıda çətin oyunlarımız və nəticə əldə etməliyik. Çempionatda fasilə yaranacaq. Bu komandanən xeyrinə olacaq. Əsas odur ki, komanda psixoloji istirahət etməlidir. Artıq 4 oyundur qələbə qazanırıq".
Abışov Azərbaycan Kubokunun 1/4 final mərhələsində "Simurq"la keçirilmiş oyundan da söz açıb: "Kubokda bəxtimiz gətirmədi. Oyunu təhlil etdikdə görərik ki, "Simurq" mərhələ keçməyə o qədər də layiq deyildi. Ancaq keçib və uğurlar arzu edirəm. Bunlar keçmişdə qaldı və bütün fikrimiz çempionata yönəlib".
Azərbaycan millisinin üzvü yığmanın qarşıdan gələn Malta ilə oyunu haqda da fikirlərini dilə gətirib: "Evdə oynayacağıq. Malta da bizdən xal almaq istəyəcək. Çünki qrupun son pillələrində qərarlaşan komandalarıq. Çətin olacaq, amma qələbə qazanmalıyıq".