
"Oyun ağır alındı. Çünki "Zirə" elə-belə komanda deyil. Çətin olacağını bilirdik".
Sportnet.az-ın məlumatına görə, bunu "Qarabağ"ın qapıçısı Şahruddin Məhəmmədəliyev Qəbələdə "Zirə"yə qalib gəldikləri Azərbaycan Kubokunun final oyunundan sonra deyib.
28 yaşlı qolkiper bildirib ki, penaltilər seriyası lotoreyadır: "Bu gün mənim bəxtim gətirdi. Mövsüm ərzində komanda kömək etmək imkanım olmur. Şükürlər olsun ki, bu gün belə bir fürsətim oldu".
Qeyd edək ki, final matçının əsas vaxtı 1:1 hesabı ilə başa çatıb. Əlavə vaxtda da qalib müəyyənləşmədiyindən penaltilər seriyasından istifadə olunub. Burada daha dəqiq oynayan "Qarabağ" titula sahib çıxıb.