
"Super oyun alındı".
Bunu Sportnet.az-a açıqlamasında "Qarabağ"ın direktoru Emrah Çelikel Qəbələdə "Zirə"yə qalib gəldikləri Azərbaycan Kubokunun final oyunundan sonra deyib.
Funksioner qələbə qazandıqları üçün sevincli olduğunu bildirib: "Hesabda geri düşəndə belə, komandamızın qalib gələcəyinə inanırdıq. Əsas odur ki, oyun çox gözəl keçdi".
Qeyd edək ki, final matçının əsas vaxtı 1:1 hesabı ilə başa çatıb. Əlavə vaxtda da qalib müəyyənləşmədiyindən penaltilər seriyasından istifadə olunub. Burada daha dəqiq oynayan "Qarabağ" titula sahib çıxıb.