Avstriya və Danimarka yığmaları arasında UEFA Millətlər Liqasının qrup mərhələsinin II tur oyunu planlaşdırılan vaxtda başlamayıb.
Sportnet.az-ın məlumatına görə, buna "Ernst Happel" stadionunda elektrik enerjisinin kəsilməsi səbəb olub.
Vyana şəhərində bəzi ərazilərin işıqsız qaldığı bildirilib. Qarşılaşmanın 23:45-də start götürməsi nəzərdə tutulub. Matç 22:45-də başlamalı idi.