FIFA Qətərdə keçiriləcək dünya çempionatının rəsmi posterini təqdim edib.
Sportnet.az-ın məlumatına görə, əsərin müəllifi yerli xanım rəssam Buteyne əl Muftahdır. Əsas posterdə havaya atılan baş örtükləri təsvir olunub. Bunlar təkcə Qətərin deyil, bütün ərəb dünyasının bayramını simvolizə edir.
Əlavə 7 poster isə ailəni birləşdirən oyun kimi ərəb dünyasının futbola ehtirasını ehtiva edir.
Qeyd edək ki, DÇ-2022 21 noyabr - 18 dekabrda 32 ölkənin iştirakı ilə təşkil olunacaq.