Mişel Platini yenidən UEFA-nın prezidenti seçilib. Sportnet.az-ın məlumatına görə, yeni rəhbərin adına UEFA-nın bugünkü konqresində aydınlıq gəlib.
O, növbəti 4 il müddətinə Avropa futbolunu birləşdirən quruma rəhbərlik edəcək. Platini ona göstərilən etimatdan dolayı üzvlərə minnətdarlığını bildirib.
Qeyd edək ki, bundan öncə 2 dəfə UEFA-ya prezident seçilən Mişel Platini 3-cü dəfə bu vəzifəni icra edəcək.