"Neftçi"nin baş məşqçisi Laurentsiu Regekampfın keçmiş həyat yoldaşı Anamariya Prodanla bağlı apellyasiya şikayəti təmin olunub.
Sportnet.az-ın Rumıniya mətbuatına istinadən məlumatına görə, İlfov məhkəməsi 47 yaşlı mütəxəssisin aylıq cəmi 2 000 avro aliment ödəməsinə qərar verib. Daha əvvəl bu məbləğ 7 000 avro idi.
Rumıniyalı baş məşqçi 2008 - 2021-ci illərdə Prodanla ailəli olub. Onların bir övladı var.
Qeyd edək ki, Laurentsiu Regekampf "Neftçi" ilə 2 illik müqavilə imzalayıb.