Türkiyənin "Kasımpaşa" klubu baş məşqçisi Sami Uğurlu ilə yollarını ayırıb.
Sportnet.az yerli mətbuata istinadən xəbər verir ki, 44 yaşlı mütəxəssisin müqaviləsi vaxtından əvvəl ləğv olunub.
Bu, Türkiyə Super Liqasının yeni mövsümündə ilk baş məşqçi istefasıdır.
Qeyd edək ki, "Kasımpaşa" ötən gün II turda evdə "Fənərbağça"ya 0:6 hesabı ilə uduzub.