"Kəpəz" komandası "Qarabağ"a qarşı Misli Premyer Liqasının V tur oyununa itkilərlə çıxacaq.
Sportnet.az xəbər verir ki, cəzalı durumda olan Rauf Əliyevlə Turan Axundovun oynamayacağı dəqiqdir.
Zədəlilərdən Peyman Keşavarzinin durumu yaxşıdır. Onun oynayıb-oynamayacağı ilə bağlı qərarı məşqçilər verəcək. Zədədən yeni dönən Yeqor Xvalko isə həftəboyu fərdi hazırlıq keçib.
Qeyd edək ki, Qəbələ şəhər stadionundakı matç saat 19:00-da başlayacaq.















































































