"Neftçi"nin daha bir futbolçusu zədələnib.
Sportnet.az-ın məlumatına görə, "ağ-qaralar"ın gürcüstanlı yarımmüdafiəçisi Vato Arveladze evdə "Sumqayıt"a qarşı keçirilən Azərbaycan Premyer Liqasının V tur matçında sıradan çıxıb.
Əzələsini dartan 24 yaşlı oyunçunu 40-cı dəqiqədə Rəhman Hacıyev əvəzləyib.
Qeyd edək ki, Vato Arveladze isinmə hərəkətləri zamanı zədələnən Kenni Sayevin əvəzinə start heyətində salınmışdı.