"Uğursuzluq sindromuna düşmüşük. Amma bir az pozitiv olmaq lazımdır".
Sportnet.az-ın məlumatına görə, bunu "Sumqayıt"ın məşqçisi Rail Məlikov "Bakcell Arena"da "Neftçi"yə 0:3 hesabı ilə uduzduqları Premyer Liqanın V tur oyunundan sonra keçirilən mətbuat konfransında deyib.
O bildirib ki, baş məşqçi Aleksey Baqanın səhhəti yaxşı deyil: "Səhhətində problem olduğu üçün mətbuat konfransına mən qatıldım. İnşallah, növbəti matçlardan Baqa yenidən jurnalistlər önünə çıxar".
Məlikov zəif oyunu düzəltmək üçün onlara vaxt lazım olduğunu bildirib: "Heç vaxt bu komandada legioner olmayıb. Ona görə də hazırkı vəziyyətə uyğunlaşmaq lazımdır".