Peşəkar Futbol Liqasının rəhbərliyi Gəncəyə səfər edib.
Sportnet.az xəbər verir ki, səfərin məqsədi qəzalı vəziyyətdə olan şəhər stadionunun hazırkı vəziyyəti ilə yerində tanış olmaqdır.
Klubun İdarə Heyətinin sədri İlqar Nadiri arenanı gəzən qonaqlara görülən işlər və futbol akademiyanın tikintisi barədə məlumat verib. PFL və "Kəpəz" rəhbərliyi mövcud durumla bağlı fikir mübadiləsi aparıb.
Qeyd edək ki, Peşəkar Futbol Liqasının rəsmiləri Gəncədən Qəbələyə yollanacaq və yerli komandanın "Neftçi"yə qarşı keçirəcəyi Premyer Liqanın VI tur matçını canlı izləyəcək.