"Şamaxı" klubunun futbolçusu Amil Yunanov Türkiyəyə yollanıb.
Sportnet.az-ın məlumatına görə, bu barədə komandanın baş məşqçisi Vüqar Əsgərli açıqlama verib. O, hücumçunun qardaş ölkədə əməliyyat olunacağını bildirib. Yunanov qasıq nahiyəsindəki problem üzündən ən azı 2 ay oynaya bilməyəcək.