Almaniyanın "Bavariya" klubunun futbolçusu Lukas Ernandes zədələnib.
Sportnet.az "Bild" nəşrinə istinadən xəbər verir ki, 26 yaşlı müdafiəçi "Barselona"ya 2:0 hesabı ilə qalib gəldikləri UEFA Çempionlar Liqasının qrup mərhələsinin II tur oyununda sıradan çıxıb.
Qarşılaşmadan sonra fransalı oyunçunun əzələsində problem aşkarlanıb. Ernandesin 6 həftə yaşıl meydanlardan kənarda qalacağı gözlənilir.
Qeyd edək ki, Lukas Ernandes "Barselona" ilə görüşdə komandasının ilk qolunun müəllifi olub.