"Son günlər baş verən hadisələr komandamıza təsir göstərmişdi. Bunu ilk hissədə daha çox hiss etdik. Amma ikinci yarıda istəyimizi ortaya qoya bildik".
Sportnet.az-ın məlumatına görə, bunu "Qarabağ"ın futbolçusu Riçard Almeyda Bakıda Fransanın "Nant" komandasına 3:0 hesabı ilə qalib gəldikləri UEFA Avropa Liqasının G qrupunun II tur matçından sonra jurnalistlərə açıqlamasında deyib.
Braziliyalı yarımmüdafiəçi bildirib ki, məqsəd qələbə qazanmaq idi: "Buna nail olduq. Qələbəni döyüşlərdə qəhrəmancasına həlak olan oğullarımıza həsr edirik. Ordumuzdan xoş xəbərlər alırıq. İnanırıq ki, bu münaqişə tez bir zamanda yekunlaşacaq".