
Bu gün "Sumqayıt" komandaya qayıdan baş məşqçi Samir Abasovun rəhbərliyi altında ilk hazırlıq prosesinə çıxıb.
Sportnet.az-ın məlumatına görə, əvvəlcə "Kapital Bank Arena"nın konfrans zalında kollektivlə toplantı keçirən 43 yaşlı mütəxəssis daha sonra onları meydançada bir araya gətirib.
Məşqçi izləyən 20-dək azarkeş onu alqışlarla qarşılayıb. Onlar Abasov müsahibə verdiyi vaxt da şüarları davam etdiriblər.
Qeyd edək ki, Samir Abasovla gələn mövsümün sonunadək müqavilə bağlanılıb.