
Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin çıxış etdiyi Zaqreb "Dinamo"su Xorvatiya kubokunda 1/16 final oyununa çıxıb.
Sportnet.az xəbər verir ki, paytaxt klubu səfərdə aşağı liqa təmsilçisi "Borintsi" ilə qarşılaşıb. Oyun "Dinamo"nun 4:0 hesablı qələbəsi ilə başa çatıb. Bu nəticə Ante Çaçiçin baş məşqşi olduğu kollektivi 1/8 finala daşıyıb.
Emrelinin adı matçın iştirak ərizəsinə salınmayıb.