Fransanın PSJ klubunun futbolçusu Lionel Messi karyerasında 60-cı dəfə cərimə zərbəsindən qol vurub.
Sportnet.az-ın məlumatına görə, argentinalı hücumçunun yubiley qolu "Nitsa" ilə Liqa 1-in IX tur matçının 29-cu dəqiqəsinə təsadüf edib. Görüş Paris komandasının qələbəsi ilə yekunlaşıb - 2:1.
35 yaşlı forvard əvvəlki belə qollarından 50-nə İspaniya "Barselona"sında, 9-na milli komandada imza atıb.
Qeyd edək ki, XXI əsrdə yalnız 3 futbolçu cərimə zərbəsindən fərqlənib. İspaniyanın "Real Madrid" və İngiltərənin "Mançester Yunayted" klubunun keçmiş yarımmüdafiəçisi Devid Bekhem 65, "Barselona"nın sabiq hücumçusu Ronaldinyo 66, Fransa "Lion"unun əfsanəsi Juninyo 77 belə qol vurub.