İngiltərənin "Mançester Siti" futbolçusu Erlinq Holannın müqaviləsinin müddətini uzaqmaq istəyir.
Sportnet.az "Daily Star"a istinadən xəbər verir ki, "şəhərlilər" 22 yaşlı hücumçunun çıxışından razıdır.
Mançester təmsilçisi norveçli forvarda təkmilləşdirilmiş şərtlərlə yeni sözləşmə təklif edəcək. Müqavilənin mövsümün sonunda imzalanması planlaşdırılır.
Qeyd edək ki, Erlinq Holann iyunun 13-də "Mançester Siti"yə keçib. Hücumçunun sözləşməsi 2027-ci ilin yayınadək nəzərdə tutulub. O, cari mövsüm meydana çıxdığı 10 matçda 14 qola imza atıb.