
"Kəpəz" klubunun aparıcı futbolçusu Əfran İsmayılov zədələnib.
Sportnet.az-ın məlumatına görə, 34 yaşlı yarımmüdafiəçi "Sumqayıt"a qarşı Azərbaycan Premyer Liqasının VIII tur oyunundan əvvəl sıradan çıxıb.
İsmayılov matçdan əvvəl məşqdə xəsarət alıb. Onun yerinə Tural Rzayev start heyətdə meydana çıxıb.
Qeyd edək ki, qarşılaşmada ilk hissə oynanılır və hesab açılmayıb.