Braziliya millisinin və Fransanın PSJ komandasının futbolçusu Neymar ölkəsində keçirilən prezident seçkilərində səs verə bilməyib.
Sportnet.az-ın "El Mundo" nəşrinə istinadən məlumatına görə, buna 30 yaşlı hücumçunun seçici statusu almaq üçün lazımi sənədləşmə işlərini tamamlaya bilməməsi səbəb olub.
Maraqlıdır ki, təcrübəli oyunçu bunu 2013-cü ildə Braziliyadan Avropaya köçərkən etməli idi.
Qeyd edək ki, Neymar seçkilərdə hazırkı prezident Jair Bolsonaru dəstəkləyir.