
ABŞ-ın "İnter Mayami" klubunun futbolçusu Qonsalo İquain karyerasını bitirir.
Sportnet.az-ın məlumatına görə, bu barədə 35 yaşlı hücumçu mətbuat konfransında açıqlama verib.
Argentinalı forvard cari mövsümün sonunda futbolla vidalaşacağını bildirib.
Qeyd edək ki, Qonsalo İquain daha əvvəl ölkəsinin "River Pleyt", İspaniyanın "Real Madrid", İtaliyanın "Napoli", "Yuventus" və "Milan" klubların, həmçinin İngiltərənin "Çelsi" komandasında oynayıb. O, 75 matçda vurduğu 31 qolla Argentina millisinin tarixində ən yaxşı 5-ci bombardirdir.