
"Qəbələ" futbol üzrə Azərbaycan Kubokunda 1/4 finala yüksəlib.
Sportnet.az-ın məlumatına görə, Elmar Baxşıyevin baş məşqçi olduğu komanda 1/8 finalda I Divizion təmsilçisi "Araz Naxçıvan"la üz-üzə gəlib.
"Qırmızı-qaralar" rəqibini 5:0 hesabı ilə üstələyib. Qolları 29-cu dəqiqədə Məqsəd İsayev, 56-cı dəqiqədə Ramon Maçado, 60-cı dəqiqədə İsnik Alimi, 63-cü dəqiqədə Felipe Santos və 73-cü dəqiqədə Ülvi İsgəndərov vurub.
"Qəbələ" növbəti raundda "Qarabağ"la üz-üzə gələcək.
Günün ilk matçlarında "Səbail" MOİK-i 4:0, "Turan Tovuz" "Şamaxı"nı 1:0 hesabı ilə yenib.
Qeyd edək ki, 1/8 finalın "Sabah” - “Qaradağ Lökbatan”, “Mingəçevir” - “Zirə” və “Kəpəz” – “Sumqayıt” oyunları noyabrın 23-də baş tutacaq.
---------------------------------
"Səbail" və "Turan Tovuz" komandaları futbol üzrə Azərbaycan Kubokunda 1/4 finala vəsiqə qazanıblar.
Sportnet.az-ın məlumatına görə, paytaxt təmsilçisi 1/8 finalda MOİK-i 4:0 hesabı ilə məğlub edib. "Dənizçilər"in qollarını 18-ci dəqiqədə Franko Mazurek, 30-cu dəqiqədə Ədilxan Qarəhmədov, 75-ci dəqiqədə Mirabdulla Abbasov və 90-cı dəqiqədə Maksim Çex vurub.
Tovuz təmsilçisi isə "Şamaxı"nı minimal hesabla yenib - 1:0. 68-ci dəqiqədə Natan Oduva fərqlənib.
"Səbail" növbəti raundda "Sabah" - "Qaradağ Lökbatan" cütünün qalibi ilə, "Turan Tovuz" isə "Kəpəz" - "Sumqayıt" duelinin güclüsü ilə üz-üzə gələcək.
---------------------------
Bu gün futbol üzrə Azərbaycan Kubokunda 2022/2023 mövsümünə start veriləcək.
Sportnet.az-ın məlumatına görə, 1/8 finalın ilk oyun günündə 3 görüş keçiriləcək.
Eyni saatda başlayacaq matçlarda "Səbail" MOİK-in, "Turan Tovuz" "Şamaxı"nın qonağı olacaq. I Divizion təmsilçisi və "dənizçilər" indiyədək ölkə kubokunda qarşılaşmayıblar. Şamaxı və Tovuz komandalarının isə kubokda yolları yalnız bir dəfə kəsişib. 7 il əvvəlki görüşdə hər iki tərəf qol vurub və qələbəni "şirlər" qazanıb - 3:1.
Günün son oyununda "Qəbələ" aşağı dəstə təmsilçisi "Araz Naxçıvan"ı qəbul edəcək. Bu, iki komandanın Azərbaycan Kubokunda öz aralarında ilk dueli olacaq.
Azərbaycan Kuboku
1/8 final
22 noyabr
14:00. MOİK – “Səbail” - 0:4
Qol: Franko Mazurek, 18. Ədilxan Qarəhmədov, 30. Mirabdulla Abbasov, 75. Maksim Çek, 90
Hakimlər: Əli Əliyev, Səbuhi Soltanov, Ruslan Quliyev, Elvin Bayramov
Hakim-inspektor: Gülağa Cabarov
Binə qəsəbə stadionu.
14:00. “Şamaxı” – “Turan Tovuz” - 0:1
Qol: Natan Oduva, 78
Hakimlər: Vüqar Həsənli, Cavanşir Yusifov, Zöhrab Abbasov, Rövşən Rəcəbov
Hakim-inspektor: Vüsal Əliyev
Şamaxı şəhər stadionu.
15:00. “Qəbələ” – “Araz Naxçıvan” - 5:0
Qollar: Məqsəd İsayev, 29. Ramon Maçado, 56. İsnik Alimi, 60. Felipe Santos, 63. Ülvi İsgəndərov, 73
Hakimlər: Kamranbəy Rəhimov, Asiman Əzizli, Şirmamed Mamedov, Namiq Bəkirov
Hakim-inspektor: Ömər Paşayev
Qəbələ şəhər stadionu.
Qeyd edək ki, 1/8 finalın "Sabah” - “Qaradağ Lökbatan”, “Mingəçevir” - “Zirə” və “Kəpəz” – “Sumqayıt” oyunları noyabrın 23-də baş tutacaq.