Rusiya millisinin sabiq futbolçusu Aleksandr Kerjakov "Səbail" klubunun baş məşqçisi olacağı ilə bağlı iddialara münasibət bildirib.
Sportnet.az-ın məlumatına görə, 40 yaşlı mütəxəssis bu barədə "Sport-express" nəşrinə açıqlama verib.
"Mən "Səbail"ə rəhbərlik edə bilərəmmi? Hələlik şərh yoxdur. Bir şey olanda dərhal biləcəksiniz", - deyə o vurğulayıb.
Qeyd edək ki, hazırda "Səbail"in baş məşqçisi Mahmud Qurbanovdur.
Aleksandr Kerjakov son olaraq 2021/2022 mövsümündə "Nijni Novqorod"un sükanı arxasında olub. Keçmiş hücumçu 2002 - 2016-cı illərdə Rusiya yığmasının formasını geyinib.