
Futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinə yekun vurulub.
Sportnet.az-ın məlumatına görə, sonuncu oyunda “Neftçi” “Zirə”ni qəbul edib.
“Bakcell Arena”dakı qarşılaşma “ağ-qaralar”ın 3:1 hesablı qələbəsi ilə bitib. Əsas vaxtda “Neftçi”nin qollarını 3-cü dəqiqədə Yeqor Boqomolski, 45+1-ci dəqiqədə Emin Mahmudov vurub. 89-cu dəqiqədə Loris Bronyo fərqi azaldıb.
İlk görüşdə “qartallar” 1:0 hesabı ilə qalib gəldiyi üçün əlavə vaxta ehtiyac duyulub. 95-ci dəqiqədə Kenni Sayefin qolu sayəsində meydan sahibləri mərhələ adlayıblar. 110-cu dəqiqədə “Zirə”nin futbolçusu Hamidu Keyta penaltidən yararlana bilməyib. Son dəqiqələrdə isə qonaq komandanın iki oyunçusu Təmkin Xəlilzadə və Hacıağa Hacılı ikinci sarı vərəqəni alaraq meydandan qovulublar.
“Neftçi” yarımfinalda “Turan Tovuz”la üz-üzə gələcək. Bu raundun digər cütündə “Qəbələ” və “Səbail” komandaları görüşəcəklər.
Yarımfinallar 2023-cü il aprelin 19 və 27-də baş tutacaq.
___________________
Futbol üzrə Azərbaycan Kubokunda yarımfinalın növbəti iştirakçısı bəlli olub.
Sportnet.az-ın məlumatına görə, günün ilk matçında “Turan Tovuz” “Kəpəz”i qəbul edib.
İlk görüşdə səfərdə 2:1 hesablı qələbə qazanan tovuzlular doğma meydandakı oyuna da erkən qollarla başlayıblar. 15-ci dəqiqədə Faiq Hacıyev, bir dəqiqə sonra isə Xəyal Nəcəfov qonaqları mərkəzə dəvət edib. Buna baxmayaraq, “Kəpəz” təslim olmayıb. Fərid Nəbiyev 32 və 45+3-cü dəqiqələrdə fərqlənərək, fasiləyədək bərabərliyi təmin edib.
Lakin Gəncə təmsilçisinin bundan artığına gücü çatmayıb. İkinci hissədə qapılara qol vurulmayıb və qarşılaşma 2:2 hesabı ilə yekunlaşıb. Bununla da “Turan Tovuz” yarımfinala adlayıb.
Ayxan Abbasovun baş məşqçi olduğu kollektiv növbəti raundda “Neftçi” - “Zirə” cütünün qalibi ilə görüşəcək. Bu oyun saat 19:00-da start götürəcək.
Qeyd edək ki, yarımfinal mərhələsinin digər cütlüyündə “Qəbələ” və “Səbail” üz-üzə gələcək. Bu raunfun matçları aprelin 19-da və 27-də keçiriləcək.
------------------------------------------
Bu gün futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinə yekun vurulacaq.
Sportnet.az-ın məlumatına görə, bununla da yarımfinalın bütün iştirakçıları bəlli olacaq.
Günün ilk oyununda "Turan Tovuz" "Kəpəz"i qəbul edəcək. Qarşılaşma saat 14:00-da start götürəcək. Gəncədəki oyunda qonaqlar 2:1 hesablı qələbə qazanıblar.
Digər matçda isə "Neftçi" və "Zirə" komandaları üz-üzə gələcəklər. "Bakcell Arena"dakı görüş saat 19:00-da başlayacaq. "Qartallar" evdəki ilk oyunda minimal hesabla qalib gəliblər - 1:0.
Bu iki cütün qalibi yarımfinalda bir-birinə rəqib olacaq.
Azərbaycan Kuboku
1/4 final, cavab oyunları
20 dekabr (çərşənbə axşamı)
14:00. "Turan Tovuz" - "Kəpəz" - 2:2
Qollar: Faiq Hacıyev, 15. Xəyal Nəcəfov, 16 - Fərid Nəbiyev, 32; 45+3
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Vüsal Məmmədov, Kamal Umudlu
Hakim-inspektor: Gülağa Cabarov
AFFA nümayəndəsi: Seymur Səlimli
Tovuz şəhər stadionu.
İlk oyun - 2:1
19:00. "Neftçi" - "Zirə" - 3:1
Qol: Yeqor Boqomolski, 3. Emin Mahmudov, 45+1. Kenni Sayef, 95 - Loris Bronyo, 89
Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Cavanşir Yusifov, Cavid Cəlilov
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Aslan Şahgəldiyev
"Bakcell Arena".
İlk oyun - 0:1
Qeyd edək ki, daha əvvəl "Qəbələ" "Qarabağ"ı, "Səbail" isə "Sabah"ı mübarizədən kənarlaşdıraraq yarımfinala adlayıb.