"Turan Tovuz" növbəti transferini həyata keçirib.
Sportnet.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Premyer Liqa təmsilçisi "Skenderbeu"dan Belaydi Pusini transfer edib.
Albaniyalı hücumçu ilə 6 ay +1 il müddətində rəsmi müqavilə bağlanıb. Mövsümün sonunda onun çıxışı məşqçilər korpusunu razı salarsa, müqavilənin növbəti 1 illik hissəsi qüvvəyə minəcək.
“Vlazniya”nın yetirməsi olan 25 yaşlı futbolçu, son olaraq “Skenderbeu”nun formasını geyinib. O, bu mövsüm meydana çıxdığı 12 oyunda, 6 qol vurub.