Futbol üzrə Azərbaycan Premyer Liqasında 2022/2023 mövsümünün ikinci yarısına start verilib.
Sportnet.az-ıın məlumatına görə, XIX turun açılış oyununda "Kəpəz" "Qəbələ"ni qəbul edib. Gəncə şəhər stadionunda keçirilən qarşılaşma heç-heçə ilə başa çatıb - 2:2.
Hesabı 18-ci dəqiqədə meydan sahibləri açıblar. Aymed Ayzaya penaltidən fərqlənib. "Kəpəz" 2-ci qolu da 11 metrlik cərimə zərbəsindən vurub. Bu dəfə yeni transfer Martins Junior 42-ci dəqiqədə adını tabloya yazdırıb. "Qırmızı-qaralar" 63-cü dəqiqədə buraxılan qollardan birinin əvəzini çıxıb. Ruan Renato künc zərbəsindən ötürməni başla qapıdan keçirib. Son nöqtəni isə 79-cu dəqiqədə Ülvi İsgəndərov qoyub.
Bu nəticədən sonra xallarını 26-ya çatdıran "Qəbələ" 5-ci pillədəki mövqeyini qoruyub. 13 xalı olan "Kəpəz" isə 9-cu sırada qalıb.
Qeyd edək ki, XIX turun "Turan Tovuz" - "Qarabağ", "Zirə" - "Sumqayıt" matçları yanvarın 25-də, "Şamaxı" - "Səbail" və "Sabah" - "Neftçi" görüşləri isə yanvarın 26-da keçiriləcək.
-----------------------------------------
Azərbaycan Premyer Liqasında 29 günlük fasilə başa çatacaq.
Sportnet.az-ın məlumatına görə, bu gün XIX tura start veriləcək.
Qış fasiləsindən sonra 2023-cü ilin ilk rəsmi oyunu Gəncədə baş tutacaq. Autsayderlər zonasında qərarlaşan “Kəpəz” avrokuboklara vəsiqəni iddia edən “Qəbələ”ni qəbul edəcək. Sonuncu dəfə 2017-ci ilin sentyabrında rəqibinə məğlub olan “qırmızı-qaralar” 5 matçlıq məğlubiyyətsizlik seriyasını davam etdirməyə çalışacaq.
Gəncə şəhər stadionunda saat 14:00-da başlayacaq matçın baş hakimi Elçin Məsiyev olacaq. Hazırda “Qəbələ” 25 xalla turnir cədvəlinin 5-ci, “Kəpəz” isə 12 xalla 9-cu pilləsində qərarlaşıb.
Qeyd edək ki, XIX turun digər oyunları yanvarın 25-də və 26-da keçiriləcək. Ayın 25-də “Qarabağ” “Turan Tovuz”un (14:00), “Sumqayıt” “Zirə”nin (16:30) qonağı olacaq, ertəsi gün “Şamaxı” “Səbail”i (14:00), “Sabah” isə “Neftçi”ni (19:00) qəbul edəcək.
Azərbaycan Premyer Liqası
"Kəpəz" - "Qəbələ" - 2:2
Qollar: Ahmed Ayzaya, 11 (p). Martins Junior, 42 (p) - Ruan Renato, 63, Ülvi İsgəndərov, 79