Almaniya "Bavariya"sının futbolçusu Sadio Mane Fransada PSJ-yə qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyununu buraxacaq.
Sportnet.az-ın məlumatına görə, bu barədə Münhen təmsilçisinin baş məşqçisi Yulian Nagelsmann açıqlama verib.
O bildirib ki, ötən ilin noyabrında ciddi zədə alan seneqallı hücumçu ən yaxşı halda fevralın ortalarında sıraya qayıdacaq: "Manenin PSJ ilə ilk matçda oynamayacağı dəqiqdir".
31 yaşlı forvard zədə səbəbindən DÇ-2022-də də iştirak edə bilməyib.
Qeyd edək ki, PSJ - "Bavariya" oyunu fevralın 14-də keçiriləcək. Cavab qarşılaşması martın 8-də Münhendə olacaq.