
Türkiyə Super Liqasında XXII turun daha bir oyunu keçirilib.
Qol.az xəbər verir ki, "Qalatasaray" evdə son çempion "Trabzonspor"la üz-üzə gəlib. Görüş İstanbul təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, "Cim-Bom" hazırda turnir cədvəlində 54 xalla liderdir, Qaradəniz klubu isə 38 xalla 6-cıdır.
Türkiyə Superliqası
XXII tur
"Qalatasaray" - "Trabzonspor" - 2:1
Qollar: Dris Mertens, 18, Mauro İkardi, 53 (pen.) - Maksi Qomes, 1