Türkiyədə ötən gecə baş vermiş zəlzələ ilə əlaqədar Superliqada bu gün keçirilməli olan 3 oyun təxirə salınıb.
Sportnet.az-ın məlumatına görə, bu barədə Türkiyə Futbol Federasiyası (TFF) xəbər yayıb.
Bildirilib ki, ölkədəki vəziyyətlə bağlı "Ümraniyespor" - "Adana Demirspor", "Fənərbağça" - "Konyaspor" və "Giresunspor" - "Kayserispor" matçları başqa vaxt oynanılacaq.
Bundan başqa, I və II Liqanın bəzi qarşılaşmalarının da vaxtı dəyişdirilib.