"İskendurunspor" futbol komandasının məşqçisi İbrahim Halil Ölmez Türkiyədəki zəlzələ nəticəsində vəfat edib.
Sportnet.az xəbər verir ki, bu barədə klubun rəsmi tviter hesabı məlumat yayıb.
Mütəxəssis 39 yaşında dünyasını dəyişib.
"İskendurunspor" Türkiyə 2-ci Liqasında mübarizə aparır.
Qeyd edək ki, fevralın 6-da baş vermiş dağıdıcı zəlzələ Türkiyənin 10 vilayətində 13,5 milyon insana təsir göstərib.