
İspaniya millisinin sabiq futbolçusu Fernando Lyorente peşəkar karyerasını başa vurub.
Sportnet.az-ın məlumatına görə, bu barədə veteran hücumçu özünün sosial şəbəkə hesabında paylaşım edib.
O, 38 yaşında futbolla vidalaşdığını açıqlayıb.
Qeyd edək ki, Fernando Lyorente karyerası ərzində ölkəsinin "Atletik", "Sevilya" və "Eybar", İtaliyanın "Yuventus" və "Napoli", həmçinin İngiltərənin "Suonsi" və "Tottenhem" komandalarının formalarını geyinib. Keçmiş forvard İspaniya yığması ilə 2010-cu ildə dünya, 2 il sonra isə Avropa çempionu olub.