"Krasnodar"ın futbolçusu Kadi Borges Rusiya Premyer Liqasında XIX turun Moskva "Dinamo"su ilə matçında dubl edib.
Sportnet.az xəbər verir ki, braziliyalı yarımmüdafiəçi 3:1 hesabı ilə qalib gəldikləri oyunun 24 və 67-ci dəqiqələrində komandasının ilk 2 qolunu vurub. O, 85-ci dəqiqədə əvəzlənib.
Beləliklə, Borges Rusiyada qol hesabını "dubl"la açıb.
Qeyd edək ki, "Krasnodar" 29 xalla 7-ci, "Dinamo" 32 xalla 4-cüdür. Siyahıya 45 xalla "Zenit" başçılıq edir.