
"Barselona" baş məşqçisi Xavi ilə bağlı yekun qərarını verib.
Sportnet.az Fabrizio Romanonun "Tvitter" hesabına istinadən xəbər verir ki, Kataloniya təmsilçisinin rəhbərliyi mütəxəssis üçün yeni müqavilə hazırlayıb.
Xavi bütün diqqətini bu mövsümün sonuna yönəltdiyi üçün klubla müqavilə bağlamağa tələsmir. O, komanda ilə La Liqa çempionluğunu hədəfləyir. Bundan sonra baş məşqçi yeni müqaviləni imzalamağı düşünür.
Qeyd edək ki, "Barselona" hazırda La Liqada 68 xalla liderdir. Komanda ən yaxın izləyicisi "Real"ı 12 xal qabaqlayır.