"Komandamı təbrik edirəm. Həddən artıq möhkəmk komandaya qarşı oynadıq. Mübarizəyə bu qədər önəm verən rəqibə qarşı səfərdə oynamaq çox çətindir. Bu mövsüm ən yaxşı oyunlarımızdan birini keçirdik. Geriyə düşməyimizə baxmayaraq futbolçular intizamı qoruyub saxladılar, oyundan qopmadılar. Yaxşı oyunla qələbə qazandıq. Son mərhələyə girmişik. Bu 9 oyun çox önəmlidir. Birdada 1 xal da bizim üçün "çörək" idi. Heç kim oyundan qopmadı".
Sportnet.az xəbər verir ki, bunu "Sumqayıt"ın baş məşqçisi Samir Abasov səfərdə "Turan Tovuz"a 3:2 hesabı ilə qalib gəldikləri Misli Premyer Liqasının XXVIII tur matçından sonra mətbuat konfransında deyib. Daha sonra 45 yaşlı mütəxəssis jurnalistlərin suallarını cavablandırıb...
- Qapıçı dəyişikliyinin səbəbi nə idi?
- Aydın Bayramov zədələnmişdi. Fasilə zamanı bizimlə məşq etmədi. Amma İlnura Aydın zədəli olduğu üçün şans vermədim. İki tur əvvəl də onu oynatmaq istəyirdim. Aydın həddən çox yüklənmişdi. Ardıcıl səhvlər onun üzərində təzyiq yaratmışdı.
- Penaltini Dieqo Karioka yerinə yetirdi. Komandada penaltini yerinə yetirən odur?
- Bizdə əsas penaltiçi Kərimdir. O da ehtiyatda idi.
- Kamran Əliyev komandaya uyğunlaşa bilib?
- Onun üçün uyğunlaşmaq çox asandır. Həm rusca, həm azərbaycanca danışır. Amma bu gün bəzi epiozdlarda qopurdu. Tam istədiyim kimi olması üçün ona bir az da vaxt lazımdır.
- Vurğun Hüseynovun zədəsi ciddidir?
- Məncə, köhnə zədəsi ilə bağlıdır. Sintetik örtükdə oynamaqdan ola bilər.
- "Sumqayıt" Premyer Liqanı tərk etsə, komandada qalacaqsız?
- Bəli, saxlasalar, qalacağam.