
"Olimpiakos"un baş məşqçisi Miçel Qonsales klubdan ayrılıb.
Sportnet.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. 60 yaşlı mütəxəssis özü belə qərar qəbul edib. O, istefası ilə əlaqədar deyib:
"İstefa qərarım barədə klujb rəhbəliyinə məlumat verdim. Hər kəsə təşəkkür edirəm. "Olimpiakos"a hədəflərinə çatmasını arzulayıram".
Qeyd edək ki, Miçel Qonsales 2022-ci ildən "Olimpiakos"u çalışdırırdı.