
"Barselona" yay transfer pəncərəsində hücumçu almaq istəyir.
Qol.az xəbər verir ki, Kataloniya təmsilçisi "Liverpul"un futbolçusu Məhəmməd Salahla maraqlanır. Ancaq maaş limitinin Kataloniya təmsilçisinə problem ola biləcəyi vurğulanıb.
Qeyd edək ki, misirli oyunçunu Mersisayd klubu ilə hazırkı müqaviləsi 2024/2025 mövsümünün sonuna kimidir. O, indiyə kimi "Liverpul"da 295 matçda 179 qol vurub, 74 qolun ötürməsini verib.