
"Roma"nın baş məşqçisi Joze Mourinyoya Səudiyyə Ərəbistanından təklif göndərilib.
Sportnet.az “Corriere dello Sport”a istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssislə Səudiyyə Ərəbistanı hökumətinin nümayəndələri birbaşa əlaqə saxlayıb. Ona ilinə 60 milyon avro maaş qazanacağı 2 illik müqavilə təklif olunub. 60 yaşlı mütəxəssisə seçmək üçün üç komandadan birinə rəhbərlik etmək təklif olunub: Səudiyyə Ərəbistanı milli komandası, hücumçu Kriştiano Ronaldonun çıxış etdiyi “ Əl-Nəsr” və ya ölkənin ikinci divizionunda çıxış edən “ Əl-Əhli" klubudur
Mourinyonun bu təklifi nəzərdən keçirdiyi vurğulanır.